Nida Xəbər
Nazir müavininin müsahibəsi Peru mətbuatında - FOTO
Müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixindən danışılıb, qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, o cümlədən Ermənistanın icra etməkdən boyun qaçırdığı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri barədə məlumat verilib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, məqalədə Xarici İşlər nazirinin müavini Elnur Məmmədova istinadən Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə yönəlmiş hərəkətləri, bu məqsədlə danışıqlar prosesini gecikdirmək istiqamətində beynəlxalq hüquqa zidd olan əməllərindən danışılıb.
Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğu, etnik təmizləməyə məruz qalmış Azərbaycan torpaqlarında qanunsuz olaraq əcnəbiləri məskunlaşdırdığı, işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə çalışdığı vurğulanıb. Azərbaycan xalqına qarşı cinayətlər və Xocalıda törədilmiş qanlı soyqırımından bəhs edilib.
Müsahibədə 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, Ermənistanın müharibə cinayətlərindən bəhs olunub, o cümlədən hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə, Horadiz və Tərtər şəhərlərinin ballistik raket və artilleriya atəşlərinə tutulması nəticəsində günahsız insanların öldürüldüyü və yüzlərlə insanın yaralandığı qeyd olunub.
Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin, sərhədlərin delimitasiyası və demarkasiyasının Azərbaycan hökuməti qarşısında duran ən vacib məsələlərdən olduğu, lakin bu günədək Ermənistan tərəfindən bu məsələlərin həlli ilə bağlı qarşılıqlı addım atılmadığı bildirilib.
Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktları ilə bağlı ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə, habelə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edəcəyi vurğulanıb.
Sonda, Azərbaycan Respublikası Prezidentinin Peru Respublikasının yeni seçilmiş Prezidentinə təbrikləri xatırladılaraq, iki ölkə arasında səmimi dostluq münasibətlərinin gələcəkdə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində də daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə dair ümid ifadə olunub.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





