Nida Xəbər
SEPAH Azərbaycanda “Hüseynçilər” hərəkatı yaratdı - Ömər Əhməd DETALLARI AÇDI
İran və Azərbaycan arasında artan gərginlik fonunda SEPAH tərəfdarları öz sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığını elan ediblər.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “The Middle East Monitor” saytı yayıb. Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.

“Lakin rəsmi hərəkat bu günlərdə aktivləşdirilib. “Hüseynçilər” və ya “Hüseyniyun” simvolu İranın Yaxın Şərqdə müttəfiqlərinin simvolu ilə üst-üstə düşür”.
Məqalədə Azərbaycanın İsrail və Türkiyənin vacib müttəfiqi olduğu vurğulanıb:

“Tehran keçmişdə öz inqilabını Azərbaycana ixrac etməyə çalışıb, amma ciddi uğur qazanmayıb. 1991-ci ildə Azərbaycanda qurulan İslam Partiyası 4 il sonra qapadıldı. Bu partiya İranın məxfi maliyyələşməsi sayəsində dövlət çevrilişi həyata keçirib, ölkədə islam respublikası yaratmağa cəhd edib. Lakin partiya qanunsuz fəaliyyətini daha bir neçə il davam etdirdi. İslam Partiyasının fəaliyyətinin kuliminasiyası onun lideri Mövsüm Səmədovun 2011-ci ildə həbsi oldu”.
Sayt İslam Partiyasının 1993-cü ldə Azərbaycan Hizbullahı, 1995-ci ildə isə Ceyşullah yaratdığını, ABŞ və İsrail səfirliklərinə hücum planlaşdırdığını yazıb.

Məqalədə İranın Azərbaycanda millətçiliyə ölkəsindəki çoxsaylı azərbaycanlılara görə daxili təhdid kimi baxdığı bildirilib:
“Bakı ilə əlaqələri saxlayaraq, İran Ermənistana daha loyal yanaşır. Buna görə də İran bilir ki, o öz qonşularıyla ehtiyatlı olmalıdır. Tehran artıq Qarabağ müharibəsinin bitməsi haqqında bəyanat kontekstində uduzmuş tərəf hesab edilir”.

“The Middle East Monitor” Azərbaycan sərhədi yaxınlığında İranın hərbi təlimlərinin hansısa eskalasiyaya gətirməyəcəyini da qeyd edib.

-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO










.jpg)






.jpg)


















.jpg)


