Nida Xəbər
Vətən müharibəsi şəhidinin adına bulaq açıldı - FOTO
Oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində Vətən Müharibəsi şəhidi Vaqif Mərdanovun doğum günü münasibətilə adına bulaq açılıb.
Publika.az xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri, icra nümayəndələri, ictimai xadimlər, o cümlədən qəsəbə sakinləri tərəfindən şəhidin əziz xatirəsi yad edilib.
Mərasim zamanı şəhidin ailəsinə “Füzulinin azad olunmasına görə” medalı təqdim edilib. Bulağın açılışından sonra şəhidin məzarı Vətən Müharibəsinin qaziləri, eyni zamanda şəhidin döyüş yoldaşları və digər qonaqlar tərəfindən ziyarət edilib, daha sonra şəhidin evində yas mərasimi keçirilib.
Qeyd edək ki, 10 oktyabr 2001-ci ildə dünyaya gələn Vaqif Mərdanov 3 noyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Vaqif Mərdanov eyni zamanda “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...













.jpg)



















.jpg)
.jpg)

