6 mərhələli müdafiə zolağı və xain pusqular... - Polkovnik Füzuli döyüşlərindən danışdı
Bizi izləyin

Nida Xəbər

6 mərhələli müdafiə zolağı və xain pusqular... - Polkovnik Füzuli döyüşlərindən danışdı

"Füzuli həmişə düşmənin maraq dairəsində olub. Ağdamdan sonra Füzuli Qarabağın ikinci ən böyük rayonlarından biridir, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Ona görə də düşmən var gücü ilə çalışırdı ki, Füzulidən nə var qopartsın. Birinci Qarabağ savaşında da Füzuliyə hücumların həyata keçirilməsində havadarları ermənilərə dəstək olmuşdu. Bu mənada İkinci Qarabağ savaşında Füzulinin işğaldan azad olunması böyük qəhrəmanlıq və şücaət tələb edirdi. Komandanlıq buna xüsusi diqqət yetirirdi".

Bu sözləri Publika.az-a Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov deyib.

Hərbi ekspert diqqətə çatdırıb ki, düşmən Füzuli istiqamətində çox böyük qüvvə toplamışdı:

“Bu qüvvə kifayət qədər ciddi silah-sursatla təmin olunmuşdu. Sentyabrın 27-də başladığımızın əks-hücum nəticəsində Füzulinin dörd yaşayış məntəqəsini işğaldan azad etdik. Gördük ki, başqa qərarlar vermək lazımdır və o qərarlar verildi. Daha sonra cənub istiqamətində Cəbrayılın yaşayış məntəqəsini o cümlədən, Cəbrayıl şəhərini də işğaldan azad etdik. Bütün bu zərbələrdən sonra düşmən özünə gəlməyə imkan tapmamış digər strateji əhəmiyyətli yüksəklikləri də azad etdik. Beləliklə Füzuli istuqamətində yenidən düşmənin müdafiə mövqelərini yararaq qovmağa başladıq. Bu gün Xudafərin və onun ətrafında həm Dövlət Sərhəd Xidməti, həm də Müdafiə Nazirliyi uğurlu hərbi əməliyyat həyata keçirdilər. Füzulinin xeyli yaşayış məntəqələri düşmənin idarəsi altında olsa da, ard-arda məğlubiyyətə uğradığına görə, Füzulidən də geri çəkilməyə başladılar. Üstəlik qüvvələr nisbətində ciddi fərq var idi. Bütün bunlara baxmayaraq, ordumuzun gücünə, əsgər və zabitlərimizin qeyrətinə güvənib həmin əraziləri işğaldan geri aldıq.

Ermənistan ordusu müharibənin 20-21-ci günündə hiss etdi ki, o torpaqlarda uzun müddət duruş gətirə bilməzlər. Belə də oldu, nələri var atıb qaçırdılar, təslim olurdular. Bir hissəsi də məhv edildi. Füzulini işğaldan azad etdikdən sonra biz demək olar ki, müharibənin taleyini həll etmiş olduq. Ağır məğlubiyyətlər və itkilər erməni ordusunu çox pis vəziyyətə salmışdı”.

Ü.Cəfərov qeyd edib ki, Prezident dünən Füzuli ictimaiyyəti ilə görüşündə əsgər və zabitlərin şücaətini xüsusi qiymətləndirdi:

“Düzdür, o istiqamətdə bizim ciddi itkilərimiz oldu. Bu, qaçılmaz idi, düşmən 28 il ərzində 6 mərhələli müdafiə zolağı yaratmış və digər xain pusqular təşkil etmişdilər. Buna baxmayaraq, bütün gücümüzü səfərbər edib, Füzulini işğaldan azad etdik”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm