Nida Xəbər
Komandan: "Hərbi Hava Qüvvələri hər an hazır vəziyyətdədir"
"Ümumiyyətlə, ordunun döyüş imkanları daim yüksək olmalıdır. Bütün qoşun növlərində döyüş hazırlığının yüksək səviyyədə olması vacibdir".
Publika.az xəbər verir ki, bunu "Report"un sualını cavablandırarkən müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov deyib.
Hərbi Hava Qüvvələrinin hazırkı döyüş imkanlarından danışan komandan bildirib: "Hərbi Hava Qüvvələri gündəlik döyüş növbətçiliyi aparır və ölkəmizin hava məkanını qoruyur. Qüvvələrimiz hər hansı düşmən tərəfindən təxribatın və fəaliyyətin qarşısının alınması üçün hər an hazır vəziyyətdədir. Bu, həm təyyarələrimizə, həm də Hava Hücumundan Müdafiə Qoşunlarımıza aiddir".
Nazir müavini qeyd edib ki, döyüş hazırlığı planına əsasən, HHQ-də hər gün tədbirlər keçirilir.
R.Tahirov döyüş hazırlıqlarının davam etdirildiyini vurğulayıb.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı



































