Nida Xəbər
Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı oldu - FOTO
Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Dövlət katibi Kırımbek Köşerbayevin iştirakı ilə Beynəlxalq Türk Akademiyasının yeni binasının açılışı olub.
Publika.az xəbər verir ki, mərasimdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Qazaxıstanın mədəniyyət və idman naziri Aktotı Rayımkulova, xarici işlər nazirinin birinci müavini Şahrat Nurışev, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyənin bu ölkədəki səfirləri və səfirlik nümayəndələri, nüfuzlu elm adamları, ictimai xadimlər, millət vəkilləri, iştirak ediblər.
Qeyd edək ki, Türk Akademiyası iki binada yerləşir. Binalardan biri inzibati, digəri Türk Muzeyi və Türkologiya Kitabxanısı üçün nəzərdə tutulub.
2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Zirvəsində Qazaxıstan Prezidenti - Elbaşı Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmasına qərar verilən Türk Akademiyası 2010-cu ilin 25 may tarixində fəaliyyətə başlayıb. 23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Zirvə toplantısında beynəlxalq status qazanıb.
Beynəlxalq Türk Akademiyasının əsas məqsədi türk ölkələrinin elmi inteqrasiyasını gücləndirmək, ortaq irsi hərtərəfli təbliğ etmək, Türk dünyasında təhsil və elm sahəsində akademik fəaliyyəti əlaqələndirməkdir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
