Nida Xəbər
Prezidentin çıxışı Ukrayna KİV-lərində
Ukraynanın “İnterfax-Ukrayna” informasiya agentliyi və “asmedia.kiev.ua” xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin VIII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində çıxışı ilə bağlı məqalələr dərc edib.
Publika.az xəbər verir ki, məqalələrdə dövlət başçımızın sitatlarına istinadla azad olunmuş ərazilərimiz barədə fikirlərinə geniş yer ayrılıb. Qeyd olunub ki, Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür. Daha sonra vurğulanıb ki, Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, BMT-nin qətnamələri daha 27 il də kağız üzərində qalardı.
Məqalədə yazılır ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə başlamaq üçün təklif irəli sürüb, lakin təklif hələ cavabını almayıb.
Digər məqalədə Prezidentin çıxışında pandemiya dövrünə dair fikirlər yer alıb. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırıb. Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)










.webp)













.jpg)


