Nida Xəbər
Akar şəhid tankçımızdan danışarkən KÖVRƏLDİ - FOTO/VİDEO
"Qarabağ müharibəsində şəhid olan əsgərlərə rəhmət, yaralılara şəfa diləyirəm. İşğal altındakı ərazilərin azad edildiyi döyüşdə şəhid olan tankçı baş leytenant Valeh Memiyev mənə Azərbaycana məxsus torpaqları erməni işğalından qurtaracağına söz vermişdi".
Publika.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.
Türkiyə-Azərbaycan hərbi təlimlərində göstərdiyi yüksək bacarığa görə mükafat alan və ona "torpaqlarımızı azad edəcəyik" sözünü verən V.Məmiyevlə aralarında yaşanan dialoqu danışarkən gözləri dolan H.Akar həmin anlara kövrələrək danışıb:
"Bir təlim zamanı onunla söhbət edərkən "Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da sübut etməlisiniz" demişdim. Bundan sonra bu övladımızın müharibədə yaralanması, xəstəxanada "verdiyim sözü tutdum" deyərək şəhid olması mənalı, önəmli və dəyərli bir xatirədir".

Qeyd edək ki, şəhid leytenant Qubadlı rayonunun işğaldan azad olunmasından öncə bu fotonu döyüş yoldaşlarına göstərib və türk nazirin ona mükafat verməsindən danışıb: "O, təlimdən sonra mənə mükafat verdi. Dedi ki, burada öyrəndiklərinizi döyüş meydanında sübut etməlisiniz. Mən cənab nazirə söz verdim ki, düşməni məğlub edərək torpaqlarımızı azad edəcəyik, 30 illik həsrətimizə son qoyacağıq".
Akqabay
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir

















.jpg)
















