Nida Xəbər
Mədət Quliyev “Dubai Airshow-2021”də - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2021” 17-ci aviasiya sərgisi keçirilir.
Publika.az xəbər verir ki, iki ildən bir təşkil olunan və 4 gün davam edəcək sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.
Dubayın vəliəhd şəhzadəsi və İcra Şurasının sədri Hamdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev də iştirak edib.
Tədbir çərçivəsində Mədət Quliyevin "İnternational Golden Group" şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü baş tutub.
Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Danışıqlar konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)




.jpg)

















.jpg)

.jpg)