Nida Xəbər
Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir
Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir.
Publika.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış edib.
Deputat bildirib ki, gələn il Azərbaycanın dövlət büdcəsində hərbi sahəyə kifayət qədər vəsait ayrılıb: “2004-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar olub, bu gün 4,5 milyard manatdır. Təxminən 2,7 milyard dollar edir. Ermənistanın müdafiə büdcəsi heç 1 milyard dollara çatmayıb. Hazırda Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, döyüş əməliyyatları davam edir. Təklif edirəm ki, hərbi büdcəmiz daha da artırılsın”.”.
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər

































