Nida Xəbər
“Bu, Ermənistanın qisasçılıq ideyalarının nəticəsidir”
Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır.
Publika.az xəbər verir ki, bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev beynəlxalq təşkilatının Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
"Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir", - diplomat bildirib.
Yaşar Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.
“Azərbaycan əmindir ki, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”, - o deyib.
Daimi nümayəndənin sözlərinə görə, belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın barışıq və dinc yanaşı yaşamasıdır.
Qeyd edək ki, Ermənistan ötən gün növbəti dəfə dövlət sərhədində genişmiqyaslı təxribat törədib.
Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib. ("Report")
-
Hadisə15:30Bakıda restoran yanır
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...


















.jpg)

















