Nida Xəbər
TÜRKPA-nın adı dəyişdirilir
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) adını ən qısa zamanda dəyişdirib, daha güclü bir birliyə çevirəcəyik.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop çıxış edib.
"Bu, təbii ki, sadəcə ad dəyişikliyi deyil. Qazaxıstanın Türküstan şəhərində TÜRKPA-nın toplantısını da keçirdik. Həmin iclasda bu məsələ qaldırıldı. Orada qeyd olundu ki, Türkdilli Dövlətlərin Parlament Assambleyasının adını dəyişdirək, Türk Dövlətlərinin Parlamentlərarası Birliyi adını qoyaq. Bəzi şura sədrləri belə bir təkliflə çıxış etdilər. Sonra onlara dedim ki, biz bu işi görəcəyik, asan işdir, ilk növbədə dövlət başçılarının bir araya gəldiyi toplantıda bu adı dəyişdirək, sonra ona əməl edəcəyik. Ona görə də təxirə saldıq", - Şəntop qeyd edib.
Şəntop Özbəkistanın da TÜRKPA-ya üzv olmasının məntiqli ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 12-də İstanbulda dövlət başçılarının toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)