Nida Xəbər
Sahibə Qafarova TÜRKPA-nın baş katibi ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er ilə görüşüb.
Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də TÜRKPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb, qonağa yeni vəzifədə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sahibə Qafarova qurumda qəbul olunmuş qərarların bütün türk dünyası üçün əhəmiyyətini qeyd edərək, təşkilatın qarşısında duran hədəflərə çatmaq üçün görüləcək işlər barədə fikirlərini bölüşüb, Azərbaycanın TÜRKPA-ya sədrliyi dönəmində həyata keçirilmiş tədbirlərdən danışıb, bu təşkilatın türk birliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Bildirib ki, ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində biz türk birliyinin önəmli üzvü olan Türkiyənin bu müharibədə siyasi-mənəvi dəstəyini gördük. Azərbaycan Prezidentinin dediyi kimi, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun.
Spiker diqqətə çatdırıb ki, ölkə ictimaiyyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətlərinin birlik tərəfindən yüksək qiymətləndirilməsi, həm də Azərbaycana verilən böyük dəyər kimi qəbul edir.

TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərə görə ürək sözlərini ifadə edərək bu uğurun bütün türk dünyasını sevindirdiyini deyib.
Qonaq Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə qurumun işinə verdiyi töhfələri yüksək qiymətləndirib. Baş katib TürkPA-nın Beynəlxalq Katibliyinin mənzil-qərargahının Bakıda yerləşməsinə və Katibliyin inzibati binasında yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. O, Azərbaycanın təşəbbüsü ilə bu qurumda qəbul olunmuş qərarların bütün türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Mehmet Süreyya Er yeni vəzifəsində ümumi məqsədlərə çatmaq üçün bütün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)








.jpg)














.jpg)



.jpg)

