Nida Xəbər
Azərbaycan Rusiya və Fransaya... - Deputatdan XƏBƏRDARLIQ
“Azərbaycan əsgəri 44 günlük müharibədə yalnız Ermənistanı məğlub etmədi. Bu siyahıda məğlub edilən ölkələrdən biri də Fransadır. İndi bu məğlubiyyətin acısını çıxmaq üçün belə bir addım atılır. Azərbaycan nota verəndə Paris elan edir ki, bu, dövlətin rəsmi mövqeyi deyil, hansısa şəxslərin və qurumların fəaliyyətidir”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O xatırladıb ki, bir müddət əvvəl Donbas separatçıları Parisdə nümayəndəlik açsa da, sonradan Qərb ölkələrinin reaksiyasından çəkinərək bunu qapadıb: “Amma Qarabağla bağlı məsələni görməzdən gələrək başqa davranış sərgiləyir. Fransa bu addımı ilə Minsk qrupunu rədd etmək üçün əsas verir. Biz bunu qiymətləndirməliyik”.
Deputat əlavə edib ki, separatçılar xaricə gedəndə onlara cinayət işi açılmalı, terrorçular kimi axtarışa verilməlidir: “İkincisi, Rusiyaya etiraz etməliyik. Sülhməramlılar Azərbaycan rəsmilərinin vəzifələrini mənimsəyərək başqa addımlar atmaq istəyən separatçılarla bağlı real addımlar atmalıdır”.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
















.jpg)


















.jpg)
.jpg)

