Nida Xəbər
Özbəkistanlı jurnalistlər Azərbaycanda - FOTO
Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana mediaturu başlayıb.
Publika.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın populyar, çox oxunan “Qalampir.uz”, “darakchi.uz” xəbər portallarının jurnalistləri, Özbəkistan-Türkiyə birgə layihəsi “Özbekistanhaber” informasiya portalının jurnalistləri, tanınmış “Siyasət” jurnalının redaktorları və sosial şəbəkələrdə olduqca fəal olan, Azərbaycana yaxınlığı ilə seçilən tanınmış blogerlərin Azərbaycana mediaturu təşkil olunub.
Sözügedən jurnalistlər və onların təmsil etdiyi informasiya orqanları daim Azərbaycan həqiqətlərini təbliğ edir, Vətən müharibəsində də Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edərək ölkəmizə yaxından dəstək göstəriblər. Mediatur zamanı jurnalistlərdən ibarət sözügedən heyət cari ilin 21-22 noyabr tarixlərində Füzuli və Şuşa rayonlarında olub, materiallar hazırlayıb, müsahibələr götürərək, çəkilişlər aparıblar.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müşayiət etdiyi nümayəndə heyətinə Ermənistan ordusunun işğal etdiyi bu torpaqlarda həyata keçirdiyi vandalizm siyasəti, tarixi və dini abidələrin dağıdılması, məhv edilməsi, habelə azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan geniş quruculuq işləri haqqında məlumat verilib.
Qeyd edək ki, layihəyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Yazıçılar Birliyi dəstək göstərir.
Jurnalistlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada olaraq bir sıra tarixi abidələri ziyarət ediblər. Bundan başqa, Azərbaycan Dövlət Televiziyasının “Körpü” verilişinin Şuşada qala qapılarının yanında hazırlanan xüsusi çəkilişində də iştirak edib, türk dünyasının həmrəyliyi, Vətən müharibəsi, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı çıxışlar ediblər.
Mediatur hazırda davam edir. Jurnalistlər Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi planlaşdırılan Nizami Gəncəvi Beynəlxalq Simpoziumunda iştirak edəcəklər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





