Nida Xəbər
Minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir - Ehtiram Xəlilov
"Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir".
Bu sözləri Publika.az-a açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov deyib.
E.Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər müharibə qalıqlarından təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub: "2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Qarşılıqlı əməkdaşlıq şəraitində müharibə qalıqlarıyla çirklənmiş ərazilər digər dövlət orqanlarının əməkdaşları ilə birgə təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir".
Sektor müdiri qeyd edib ki, doğma ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımız üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə əhalinin təhlükəsiz yaşaması üçün heç bir maneə qalmasın: "Bu gün bölgəyə yaxın ərazilərdə məskunlaşmış vətəndaşlarımıza göstərdikləri səbr və təmkinə görə, bu prosesdə dövlətimizin yanında olduqlarına görə təşəkkürümüzü bildiririk. Quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edərək xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşaq".
Akqabay Mıradov
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

