Nida Xəbər
Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis ediləcək
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinə səfər edəcək.
Publika.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında müzakirə olunan məsələlərə nümayəndə heyətimiz öz münasibətini bildirəcək, qeyd və təkliflərini verəcək. Assambleya çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edəcək, tədbirdə iştirak edən nümayəndə heyətləri başçılarının müraciətləri dinləniləcək.
Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər noyabrın 29-da başa çatacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
