Nida Xəbər
Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır - Günay Əfəndiyeva
Azərbaycan etnik qrupları, mədəni müxtəlifliyi ilə tanınır.
Publika.az xəbər verir ki, bunu “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva bildirib.
O qeyd edib ki, ölkəmizdə bütün xalqların nümayəndələri sülh və harmoniya içində yaşayır: “Azərbaycan keçən il çox ağır, həm də şərəfli bir dövr yaşadı. Qarabağ qələbəsi tarixə qızıl hərflərlə yazıldı. Bu, bütün türk dünyası üçün vacibdir. Qarabağın reallıqları, tarixi-mədəni irsi çox önəmlidir”.
Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb. BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
