Nida Xəbər
Ceyhun Bayramov Diplomatiya Könüllüləri ilə görüşdü - FOTO
6 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülərlə görüşən nazir, gənclərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətində uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov, dövlət başçısının yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könüllülük fəaliyyətinin geniş yayıldığını bildirib və könüllülərin öz xeyirxah əməlləri ilə cəmiyyətimizin inkişafına töhfə verdiklərini qeyd edib. Nazir, Azərbaycanda könüllülər hərəkatının bir hissəsi olan "Diplomatiya könüllüləri" qrupunun yeni yaranmasına baxmayaraq, öz fəallıqları ilə seçildiyini söyləyib.
Ceyhun Bayramov Azərbaycan könüllülərinin pandemiya dövründə fəaliyyətinə diqqəti cəlb edərək, cəmiyyətin ehtiyacı olan təbəqəsinə yardım göstərilməsində könüllülərimizin dəyərli töhfəsini vurğulayıb.
Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə könüllü şəkildə qoşulan gənclərimizin, habelə bu dövr ərzində informasiya müharibəsində iştirak edən yüz minlərlə könüllülərin fəaliyyəti nazir Ceyhun Bayramov tərəfindən qürurla və minnətdarlıqla səsləndirilib. Nazir, 44 günlük müharibə nəticəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsi ilə yanaşı, siyasi müstəvidə qazandığı uğurları, habelə müharibə sonrası regional vəziyyət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra, nazir diplomatiya könüllülərinin suallarını cavablandırıb.
Tədbirin sonunda, Vətən müharibəsi iştirakçısı, məzun diplomatiya könüllüsü Sonverdiyev Rahib Sahib oğluna Xarici İşlər Nazirliyi adından simvolik hədiyyə və il ərzində fəaliyyətlərinə görə fərqlənən diplomatiya könüllülərinə təşəkkürnamələr təqdim edilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)