Nida Xəbər
Prezidentin vəzifə verdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") sədri təyin edilməsi barədə sərəncam imzalayıb.
Fərhad Adıgözəlov 1977-ci ildə Bakıda anadan olub, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə ikinci ali təhsil alıb, 2005-ci ildə bu Universitetin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta"da başlayıb, 2003-2005-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASc-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifələrində çalışıb, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İH-nin sədr müavini təyin edilib.
O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


