Nida Xəbər
Gorus-Qafan yolu üzərində sərhəd postu açıldı - FOTO
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlı rayonu ərazisində yerləşən "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasının açılışı olub.
Məntəqə müasir avadanlıqlarla təchiz edilib.
DSX-nin Mətbuat Xidmətinin əməkdaşı Rəşad Məşədiyev qeyd edib ki, "Eyvazlı" sərhəd nəzarət postunun yeni inzibati binasında sərhədçi və gömrükçülərin işləməsi üçün şərait yaradılıb: "Biz hazırda Qubadlı rayonu Eyvazlı kəndində yerləşən, Gorus-Qafan yolu üzərində yerləşən dövlət sərhədindən buraxılış məntəqəsindəyik. Buraxılış məntəqəsində DSX-nin və dövlət gömrük komitəsinin əməkdaşlarının xidməti şəraitinin yüksəldilməsi üçün yeni təmirdən çıxmış inzibati binanın istifadə edilməsi prosesində iştirak edirik. Burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin qeydiyyata alınması, mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi və digər sərhəd nəzarəti həyata keçirilir. Gördüyümüz bu ərazinin mühafizəsi sərhəd döyüş məntəqələri tərəfindən perimeter boyunca təşkil olunur".(Report)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)


















.jpg)

.jpg)