Nida Xəbər
BQXK ANAMA-ya 20 dəst fərdi mühafizə vasitələri ianə etdi
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 20 dəst fərdi mühafizə vasitələri ianə edib. Bunlar qoruyucu üst kostyum, dəbilqə, qalxan, zərbəyə davamlı ballistik eynək, diz yastıqları və mina detektoru üçün alət çantaları.
Publika.az xəbər verir ki, Agentliyin maddi-texniki bazasının genişləndirilməsinə dəstək məqsədilə ianə edilən ləvazimatların təlim zamanı istifadəsi nəzərdə tutulub.
ANAMA-nın Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən yeni müdavimlər, eləcə də ixtisasartırma təlimlərinin keçirilməsində mütəmadi olaraq bu kimi ləvazimatlardan istifadə edilir.
Humanitar minatəmizləmə əməliyyatlarına texniki dəstək və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində fəaliyyət ANAMA ilə BQXK arasında əməkdaşlığa müsbət töhfə verəcəkdir.
Agentlik öz növbəsində humanitar minatəmizləmə fəaliyyətində göstərdiyi diqqət və dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığını bildirir.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

