Nida Xəbər
Bayramov Abdeluahab Osmanı qəbul etdi - FOTO
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanı qəbul edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfir Abdeluahab Osmanın etimadnaməsinin surətini qəbul edən nazir Ceyhun Bayramov Əlcəzair səfirini təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycanın Əlcəzair ilə münasibətlərin inkişafına yüksək əhəmiyyət verdiyini qeyd edib və bu xüsusda iki ölkə arasındakı yüksək səviyyəli təmasların vacibliyinə istinad edib. Ölkələrimizin siyasi, iqtisadi, humanitar, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi sahələrində qarşılıqlı fəaliyyətin önəm kəsb etdiyi vurğulanıb. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığını davam etdirdiyi qeyd edilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi səfirin diqqətinə çatdırılıb.
C.Bayramov həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası bərpa və quruculuq prosesi, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistanla münasibətlərin normallaşması imkanları və bu istiqamətdə Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar, Azərbaycanın bölgənin sülh və təhlükəsizlik şəraitində, tərəqqi içində inkişafına dair gələcəyə baxışı ilə bağlı məlumat verib.
A.Osman Azərbaycana təyinatından məmnunluğunu ifadə edib. O, ölkəsinin hər zaman sülh diplomatyasına üstünlük verdiyini və bu xüsusda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanların olmasından razılığını bildirib.
O, Azərbaycan və Əlcəzair arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan səfir bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər habelə ikitərəfli əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub













.jpg)



.jpg)

.jpg)














.jpg)



