Nida Xəbər
Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul etdi - Yeniləndi
Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçeki qəbul edib.
Bu barədə publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov səfir Milan Sedlaçekin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.
Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edən nazir, ölkələrimiz arasında yüksək siyasi dialoqun və qarşılıqlı anlaşmanın mövcud olduğunu söyləyib. Çex Respublikasının Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu 9 Aİ üzv ölkəsindən biri olduğu vurğulanıb.
Səfir Milan Sedlaçek təbriklərə görə nazirə təşəkkürünü ifadə edib. O, öncəki təyinatlarında yaxın bölgədə çalışmaq təcrübəsinin olduğunu bildirib. Səfir, ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu və bu potensialdan əlaqələrin inkişafı naminə istifadə edilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Tərəflər, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, habelə bir sıra sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, energetika, humanitar istiqamətlər üzrə əlaqələrin perspektivləri imkanları üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov yeni səfirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında bölgədə sülh və sabitliyin təmin olunması yanaşmasına dair məlumat verib.
Nazir, Çex Respublikasının yeni təyin edilmiş səfirinə ölkəmizdəki diplomatik fəaliyyəti müddətində müvafiq dəstəyin göstərilməsinə hazır olduğumuzu ifadə edib və ona uğurlar arzulayıb.
xxx
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.
“Səfirə Azərbaycan və Çexiya arasında strateji əlaqələrinin daha da inkişafına yönəlmiş səylərində uğurlar arzulayıram”, - C.Bayramov qeyd edib.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






