Nida Xəbər
Milli Yaylaq Festivalı keçiriləcək
İyulun 29-31-də Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Publika.az-a bildirilib ki, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, agentliyin və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər.
Bu məqsədlə festival ərazisində KOBİA tərəfindən “Sənətkarlıq məhəlləsi” yaradılacaq.
Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və sair nümayiş olunacaq.
Festivalda məhsullarını sərgiləmək və satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri, yaradıcı şəxslər və sənətkarlar elektron formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
Son müraciət tarixi iyulun 14-dür.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

