Nida Xəbər
“Bu gün diasporumuzun səsi bütün ölkələrindən eşidilir” - Həsən Həsənov
5 iyul 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam olub. Artıq 20 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən dövlət qurumu fəaliyyət göstərir. Xüsusilə son illər ərzində Diasporla İş üzrə Dövlət Komitəsi güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb.
Azərbaycanın dövlət siyasətini uğurla həyata keçirən Komitə diasporun formalaşmasından tutmuş təşkilatlanmasınadək çətin yol qət edib, ölkədən kənarda səsimizə səs verən həmvətənlərin birliyinə nail olub. Bu gün Azərbaycan diasporunun səsi dünyanın, demək olar ki, bütün ölkələrindən eşidilir. Bu da ilk növbədə diaspor işinin düzgün şəkildə yerinə yetirilməsindən, azərbaycanlıların birlik və həmrəyliyindən irəli gəlir.
Publika.az xəbər verir ki, 20 yaşlı Azərbaycan diasporunun fəaliyyəti barəbə danışan sabiq xarici işlər naziri, peşəkar diplomat Həsən Həsənov hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu vəzifəyə təyin olunandan sonra qurumun fəaliyyəti xeyli şəffaflaşıb:
“Artıq diaspor fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Bu yüksəlişin ana xətti diaspor təşkilatlarının koordinasiyasıdır. Buna qədər təşkilatlar xaotik şəkildə fəaliyyət göstərirdilər. Hərə bir ölkədə öz diaspor təşkilatını yaradır, özünü onun sahibi sayırdı. İndi belə deyil, həmin təşkilatlar koordinasiyalı fəaliyyət göstərir, Azərbaycanın xarici siyasətinin ana xəttini həyata keçirirlər.
Səfir işlədiyim müddətdə də Fuad Muradovla kontaktda olmuşam, çalışdığım ölkələrə səfərə gəlib. Həm o dövrdə, həm də indi görürəm ki, təşkilatlanmaq diasporun keyfiyyətini xeyli qaldırır. Diaspor Komitəsinin müharibə günlərində və ondan sonra da xeyli fəallaşdığını qeyd etməliyik. Dünyada “Qarabağ” adlı məktəblər yaradılıb, “Qarabağ” sözünün mahiyyəti beynəlxalq ictimaiyyətə izah edilir. Fuad Muradova fəaliyyətində uğurlar arzu etməliyik, sevinək ki, Prezident İlham Əliyevin göstərişlərini uğurla yerinə yetirir”.
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin ana xətti haqqında danışan Həsən Həsənov qeyd edib ki, qurum Azərbaycan reallıqlarını və dövlət olaraq qarşısında duran problemləri dünyaya çatdırmaqla məşğuldur:
“Vətən müharibəsi ərəfəsində əsas məsələ o idi ki, Ermənistanın haqsız olduğunu dünyaya sübut edək. Müharibə günlərində isə ən böyük diplomatik yükü cənab Prezident İlham Əliyev özü üzərinə götürmüşdü. Demək olar, hər gün müxtəlif dillərdə beynəlxalq media qurumlarına müsahibələr verirdi. Cənab Prezidentin diqqətə çatdırdığı problemləri diasporumuz dünyaya yayırdı. İndi isə yeni mərhələ başlayıb. Müharibəni bitirmişik, barışıq istəyirik. Ermənilər isə buna dırnaqarası yanaşırlar, nəticədə vəziyyət gərginləşir. Diaspor Komitəsinin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini düşünürəm. Ermənilərin sülhə qarşı bu cür qeyri-konstruktiv mövqeyini diasporumuz dünyaya çatdırır. Onlar Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələləri uğurla həyata keçirirlər”.
(modern.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
