Nida Xəbər
“Əziz Şuşa” beynəlxalq velosiped yarışı: İkinci mərhələnin qalibləri bəlli oldu
Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib.
Publika.az bildirir ki, ikinci mərhələdə yarış iştirakçıları 71 kilometr məsafədə qrup ötüşməsində bacarıqlarını göstəriblər.
Füzuli Hava Limanından start götürüb, Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında başa çatan yarışın qalibi birinci mərhələdə olduğu kimi, Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov olub. İkinci yeri Özbəkistan, üçüncü pilləni isə Monqolustan millisi tutub. İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar.
Bu növ üzrə ən yüksək nəticəni Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov qazanıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala sahib olublar. Xatırladaq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.
(azərtac)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)




.jpg)

















.jpg)

.jpg)