Nida Xəbər
Litvalı rəsmilər şəhidlərimizi ziyarət etdilər - FOTO
İyulun 14-də ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, Litva parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən litvalı parlamentarilərə Şəhidlər xiyabanı və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı Litva parlamentinin nümayəndə heyətini Milli Məclisin Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev müşayiət ediblər.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)

.jpg)





















.jpg)

.jpg)