Nida Xəbər
Xalq artisti: "Savadsız jurnalist peşəkar jurnalisti görəndə aradan çıxır...”
“Bütün jurnalistləri peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Mətbuat bizim əsas təbliğatçımızdır. Bizləri xalqa sevdirən də elə mətbuat olub. Heç vaxt mətbuatdan incik və uzaq düşməmişəm. Sadəcə indi qeyri-peşəkar, savadsız jurnalistlər peşəkar jurnalist görəndə aradan çıxır. Yaxşı olar ki, onlar da olanı, düzü yazsınlar. Belə olan halda özlərinə də hörmət etmiş olacaqlar, bizlərə də. Mətbuat xalqın güzgüsüdür, ona görə də düzgün məlumatlar mətbuatda getməlidir”
Publika.az xəbər verir ki, bu sözləri xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra mətbuatla ilk görüşünü xatırlayıb.
“Bu illər ərzində o qədər müsahibələrim olub ki. İlk müsahibəmi İmişlidə rayon qəzetlərindən birinə vermişəm. 1968-ci ildə isə ilk dəfə televiziyaya çıxmışam. Televiziya da mətbuatın ayrılmaz bir hissəsidir. Hər zaman televiziyalardan özümə qarşı böyük rəğbət və hörmət görmüşəm. Bu gün də efirlərdə, proqramlardayam” - deyə sənətkar bildirib.
Xalq artisti “Tələbələriniz varmı?” - sualına belə cavab verib:
“Mənim üslubumda oxuyanların hamısı elə tələbələrimdir də. İndi buna pop-musiqi deyirlər. O vaxt müasir estradanın meydana gəlməsi yenilik idi. İndi hamı bu səpkidə oxuyur”.
(moderator.az)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)