Nida Xəbər
Avtomobilin üstündəki yazı: - Sürənin ALLAHI var, sürməyənin Arvadı - FOTO
Avtomobillərin şüşələrinə, böyür-başına yazılan şüarların, həkk olunan fotoşəkillərin hər gün yollarda baş verən qəzaların sayında payı var...
Publika.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, paytaxt yollarında hər gün reklam xarakterli, üzərinə lüzumsuz ifadələr, fotoşəkillər həkk edilmiş nəqliyyat vasitələrinə tez-tez rast gəlirik:
“Avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, şəhidlərin şəkillərini vurmaq - bu kimi hallar yolverilməzdir. Heç kim bizi yanlış anlamasın, şəhidlərimiz bizim üçün dəyərlidirlər. Lakin dəfələrlə şəhid ailələri DYP ilə əlaqə saxlayıb müxtəlif avtomobil nömrələri verirlər ki, filankəs sürücü mənim şəhid olan qardaşımın, qohumumun şəklini maşınına vurub, həmin maşınla da xuliqanlıq edir, qayda pozur, məsuliyyətdən yayınır, bu kimi davranışlarla şəhidin ruhuna hörmətsizlik edir, xahiş edirəm, o avtomobili saxlayıb şəhidimizin fotosunu çıxarmasını tələb edin.
Bu yazılar arasında dini kəlamlar, filmlərdəki replikalar, aforizmlər, hətta ağır fikirlər də var. Kənar sürücülərin diqqətini yayındıran bu cür fotolar, yazılar yolverilməzdir. Bəzi hallarda bu hərəkətlər reklam haqqında qanunvericiliyin tələblərini də pozur. Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur.
Dövlət Yol Polisinin əsas vəzifəsi və qanuni səlahiyyət dairəsi hərəkətin təşkilini, təhlükəsizliyini qanun çərçivəsində təmin etməkdir. Bununla yanaşı, ictimai qaydanı qorumaq, bu prosesdə nizam-intizamın təmin edilməsi də tərəfimizdən həyata keçirilir.
Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikirlərini, istəklərini, baxışlarını ifadə etmək kimi arzusu, istəyi varsa, bunu qanun çərçivəsində, təyinatı üzrə etməli, özünə qarşı diqqət cəlb etmək məqsədilə ətraf mühitə, ictimaiyyətə yersiz informasiyalar ötürüb narazılıq yaratmamalıdır.
Belə sürücülərin diqqətinə çatdırırıq ki, avtomobilin üzərinə lüzumsuz ifadələr yazmaqdan yayınsınlar. Bu işlərin əvəzinə daha faydalı və vacib olan “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyi, nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamağı və təhlükəsiz hərəkəti təmin etməyi tövsiyə edirik”.
(oxu.az)
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar