Nida Xəbər
Tanınmış fotoqraf Tovuz gəncləri ilə görüşdü
Tovuz rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış fotoqrafı Valeh Arifoğlu ilə rayon gənclərinin görüşü keçirilib.
Publika.az xəbər verir ki, görüş zamanı gənclərə fotoqrafiyanın tarixi, düzgün kadrların çəkilməsi, xarici və yerli fotoqrafiya, həmçinin ilkin vərdişlərin formalaşmasından danışılıb.
Bildirilib ki, informasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı, yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.
“Fotoqrafiyanın inkişafı cəmiyyətin tələbatından irəli gəlir. Qəzet-jurnal bazarının kütləviləşməsi fotoqrafiyanı müxbirlik sahəsinə istiqamətləndirib. İlk kino lentləri yaranan zaman fotoqrafiya parlaqlıq və estetikası ilə əsl sənət kimi çıxış edirdi,”- deyə V.Arifoğlu deyib.
Sonda fotoqraf tərəfindən gənclərin sualları cavablandırılıb, həmçinin praktiki tapşırıqlar icra olunub.
Tanınmış fotoqraf gənclərin bu sahəyə olan marağını yüksək qiymətləndirib.
(azərtac)
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO











.jpg)
























.jpg)

.jpg)