Nida Xəbər
"12-ci imam" tovlayıb 500 min manatımı aldı - Zərərçəkən
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü "12-ci imam" kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirıəndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Publika.az "trend"-ə istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Anar Aslanov bildirib ki, Aqil Babayevi 2004-cü ildən tanıyıb. Həmin vaxt bir neçə dəfə onun Əhmədli qəsəbəsində yerləşən evində keçirilən dini məclislərdə iştirak edib:
" Dindən yaxşı başı çıxırdı, hər dəfə görüşəndə islam dininin şərtlərindən danışırdı. Deyirdi dinin əsas şərtlərindən biri zəkat verməkdir. 2006-cı ildə evində keçirdiyi məclislərin birində ona Allah-təlala tərəfindən şəhadət verildiyini elan etdi. "
Zərərçəkmiş deyib ki, ona 500 min manat ziyan dəyib. Bununla bağlı o 2021-ci ilin iyul ayında Aqil Babayevlə Buzovna qəsəbəsində yerləşən bağ evində görüşüb.
" Mənə dedi ki, get Əhmədlidəki evimdən pulu götür. Gecə saatlarında həmin evə getdim. Evdəki kabinetdən bir hissəsi dollar olmaqla 525 min manat pul götürdüm. Evdən götürdüyüm qızılları isə sonradan özünə qaytardım",-zərərçəkmiş.deyib.
Aqil Babayev ittihamı qəbul etməyib. O, Aslanovda daxil bir neçə nəfərin onu döydüyünü, evində axtarış aparıb külli miqdarda pulunu və xeyli qızılını apardığını deyib.
Cinayət işi ilə məhkəmə prosesi avqustun 30-a təyin olunub.
Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal15 İyul 19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya15 İyul 17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi






































