Nida Xəbər
Quru sərhədlərin nə vaxt açılacağı bəlli deyil - Deputat
COVID-19 virusuna gündəlik yoluxma artsa da, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Rəsmilər qapanma və maska tələbinin qaytarılmasına lüzum görmürlər. Bununla belə, uzun müddətdir müzakirə edilən quru sərhədlərin açılması da reallaşmır. Yayda sərhədlərin açılması gözlənilsə də, bu, baş vermədi.
Bəs, payıza doğru quru sərhədləri açıla bilərmi?
Pulika.az bildirir ki, bu barədə "modern.az"-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlının sözlərinə görə, quru sərhədlərinin nə vaxt açılacağı ilə bağlı konkret vaxt demək mümkün deyil.
Deputat hesab edir ki, bununla bağlı Operativ Qərargah Azərbaycanda və qonşu ölkələrdəki epidemiolji vəziyyəti nəzərə almaqla qərar verəcək. Onun sözlərinə görə, quru sərhədlərinin açılması ilə bağlı qərar təkcə ölkədəki epidemioloji vəziyyətlə bağlı deyil:
“Quru sərhədlərinin açılması ilə bağlı qərar verilərkən sadəcə Azərbaycanda yox, eyni zamanda bizimlə sərhəddə yerləşən ölkələrdəki epidemioloji vəziyyət də nəzərə alınır. Qeyd etmək lazımdır ki, son həftələr bölgədə, xüsusilə də, Rusiyada COVID-19-a yoluxmada artımlar müşahidə olunur. Buna görə də, sərhədlərin açılması COVID-19 virusuna yoluxma sayının necə dəyişməsindən asılı olacaq”.
Deputat qeyd edib ki, quru sərhədlərinin açılması qonşu ölkələrdə COVID-19-a yoluxma halları kəskin azalacağı təqdirdə real görünür:
“Çünki bütövlükdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və optimallaşdırılması Azərbaycan üçün prioritet olaraq qalmaqdadır”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)




.jpg)

















.jpg)

.jpg)