Nida Xəbər
Yaşar Əliyev: "Ermənistan sülh prosesini pozmağa çalışır"
Ermənistan sərhəddə təxribatlar törətməklə sülh prosesini pozmağa çalışır.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Daimi nümayəndə Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlar barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat qrupları qaranlıq vaxtda dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təchizat yollarının minalanmasını həyata keçirib.
Y.Əliyev qeyd edib ki, Azərbaycan da öz növbəsində Ermənistanın təxribatlarına cavab olaraq “adekvat və proporsional tədbirlər” görüb.
Daimi nümayəndə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu vurğulayıb.
"Amma təəssüflər olsun ki, Ermənistan nümayəndəsinin bəyanatları həm onların münasibətlər qurmaq istəmədiyini göstərir, həm də Ermənistanın öhdəliklərini yerinə yetirməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycana qarşı təcavüz edən və bu ölkənin ərazisini 30 ildir işğal edən Ermənistan indi uzun illərdir ki, özünün pozduğu norma və prinsiplərdən danışır”, - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi əlavə edib.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


