Nida Xəbər
Məşhur avtomobil brendi Rusiyada istehsalı dayandırdı
"Toyota" Rusiyada avtomobil istehsalını dayandırdığını rəsmən elan edib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilir.
“Toyota Sankt-Peterburqdakı “Toyota Motor” MMC-nin zavodunda istehsalı dayandırmaq barədə qərar qəbul edib. Rusiyada istehsalı dayandırmaq qərarı asan olmayıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şirkət Rusiyadakı işçilərinin işlə təmin olunması və yenidən hazırlanmasında köməklik göstərəcəyini vəd edib, həmçinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Həmçinin qeyd edilir ki, o, pərakəndə satış şəbəkələrini dəstəkləmək və ölkədə daimi müştəri xidmətlərini təmin etmək üçün Moskvadakı nümayəndəliyini yenidən strukturlaşdırır.
Bundan əvvəl “Kommersant” yazmışdı ki, “Toyota” Şuşarıdakı zavodunu bağlayır və Moskva ofisini optimallaşdırır.
Daha sonra Rusiyanın Sənaye və Ticarət Nazirliyi "Toyota Motor" tərəfindən Sankt-Peterburqda montaj sahəsinin bağlanmasını təsdiqləyib.
Səxavət
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi

































