Nida Xəbər
Əxlaq polisləri Tehran küçələrindən YOXA ÇIXDI
Qadınların hicab taxma qaydalarına riayət etmələrini təmin etmək üçün İran şəhərlərinin küçə və parklarında müntəzəm olaraq patrul xidməti həyata keçirən İran İslam Respublikasının hüquq-mühafizə patrulu son günlər Tehran küçələrində görünməyi dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” xəbər verir.
Sentyabrın əvvəlində bu xidmətin əməkdaşlarının sonradan dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin saxlanması zamanı etdiyi hərəkətlər İranda son bir neçə ildə ən böyük etirazlara səbəb olub. Müşahidəçilər deyirlər ki, iranlıların fikrincə, qızın polisin döyülməsi nəticəsində ölməsi qadın geyimləri ilə bağlı sərt qaydaların yumşaldılmasının başlanğıcı ola bilər.
Məhsa Əmininin ölümü ilə başlayan və iki həftə davam edən, lakin artıq səngiməkdə olan etirazlar zamanı bir neçə yüz adam həbs edilib, 40-dan çox insan həlak olub.
Bu arada “Financial Times” qeyd edir ki, bundan sonra hansı addımların atılacağı hələ aydın deyil. Bununla belə, hakimiyyətin hicabla bağlı qanunu ləğv edəcəyi gözlənilmir. Bu qanun, xüsusilə, bir il əvvəl – İbrahim Rəisi İran Prezidenti postuna seçiləndən sonra sərtləşdirilib. Hicabı səhv geyindiyinə görə saxlanılan qadınlar gələcəkdə qanunu pozmamaq üçün yazılı öhdəliklər verməli, həmçinin əxlaq dərslərində iştirak etməlidirlər.
Səxavət
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO










.jpg)
























.jpg)


