Nida Xəbər
Onlar erməni dəyirmanına su tökənlərdir - Deputat
İkinci Qarabağ müharibəsi başa çatsa da, hər iki istiqamətdə müharibə davam etməkdədir. Bunlardan birincisi, informasiya müharibəsi, ikincisi mina müharibəsidir. Ermənistanın dezinformasoiya maşını gecə-gündüz işləyir. Bu maşına su tökənlər ermənipərəst siyasi dairələrdir. İndi də çalışırlar ki, Ermənistanı dünyaya bir “sülh göyərçini” qismində təqdim etsinlər. Halbuki Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlamışdı. İndi də dünya erməniləri hay-həşir salıblar ki, guya Azərbaycan Ermınistan ərazisinə təcavüz edib, guya Azərbaycan işğalçıdır.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov deyib.
Azərbaycanı Ermənistana hücum etməkdə günahlandıran qüvvələrin “süıh çağırışı” və bu çağırışa imza atanlar arasında azərbaycanlıların olmasından söz açan millət vəkili qeyd edib ki, Azərbaycan xalqı bu xainləri heç vaxt bağışlamayacaq:
“Ermənistanı qurban obrazında göstərməyə çalışırlar. İndi də imza toplayırlar, beynəlxalq ictimaiyyətə müraciət ediblər ki, Ermənistanı Azərbaycan işğalından xilas edin. “Adımı sənə qoyum, səni də yana-yana qoyum” el misalı burda yada düşür. Təcavüzkar da özləri olub, Xocalı soyqrımını törədənlər də onlardır. Bu gün də o siyasəti həyata keçirirlər. Amma erməni xisləti və dünya erməniliyinin kimliyi bizə bəllidir.
Bizə təsir edən odur ki, Azərbaycan əleyhinə yönələn bu prosesdə imza atanlar arasında özünü azərbaycanlı adlandıran, formaca adı və soyadı azərbaycalı olan, amma məzmunca və mahiyyətcə əslində erməni olanlar da iştirak ediblər. Bu insanlar əslində erməni olmaq istəyirlər, onlarda natamamlı kompleksi var, sapı özümüzdən olan baltalarımız düşünürlər ki, nə qədər Azərbaycan xalqı, milləti və dövlətçiliyinə cəbhə açsalar, bir o qədər çox maddi təminat alacaqlar, daha yaxşı yaşayacaqlar. Bu insanlar üçün milli dəyərlər yoxdur, proseslərə mədələrinin və ciblərinin gözü ilə baxırlar. Xalqın gözü tərəzidir, görürük ki, onlar bu xalqın düşmənləri və erməni dəyirmanına su tökənlərdir. Onlar Azərbaycan dövlətinin zəifləməsini və bu millətin yer üzündən silinməsini istəyənlərdir. Xalqımız bu xainləri görür və lənətləyir. Xalqın lənətlədiyi insanlar isə bir gün yalquzaq vəziyyətinə düşürlər. Yalquzaqları da nə gözlədiyini hər kəs yaxşı bilir”.
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı







.jpg)


.jpg)















.jpg)
.jpg)






