Nida Xəbər
Mədət Quliyev pakistanlı həmkarı ilə görüşdü
Oktyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyədə keçirilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisi çərçivəsində Pakistan İslam Respublikasının Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı hər iki nazir Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün səylərin artırılacağını bildiriblər.
Daha sonra qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub və digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, oktyabrın 25-dən 28-dək İstanbulda təşkil edilən “Saha Expo-2022” Müdafiə və Aerokosmik sərgisinə 25-dən çox ölkədən 1000-ə yaxın yerli və xarici şirkətlər qatılıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO











.jpg)
























.jpg)

.jpg)