Nida Xəbər
Respublikaçılar Konqresdə çoxluğu qazanmağa yaxındır - Cəmi 8 mandat...
Respublikaçılar Partiyasının aralıq seçkilərdə ABŞ Nümayəndələr Palatasında çoxluğu qazanacağı ehtimal edilir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
CNN-in hesablamalarına görə, noyabrın 10-u səhərə olan məlumata görə, respublikaçılar Nümayəndələr Palatasında 210 yerə, demokratlar isə 191 yerə sahibdirlər. Nümayəndələr Palatasına nəzarət etmək üçün 218 yer lazımdır, lakin səslərin hesablanması hələ də davam edir.
"Reuters" qeyd edir ki, Senatda vəziyyət daha aydındır. Xəbərin dərc edildiyi vaxtda respublikaçılar Senatda 49, demokratlar 48 yer qazanıb. Vəziyyət minlərlə hesablanmamış bülletenlərin sayılmasının davam etdiyi Nevada və Arizona ştatlarında səsvermənin nəticələri ilə həll olunacaq.
"Reuters" xatırladır ki, Nümayəndələr Palatasında hətta kiçik səs çoxluğu respublikaçılara prezident seçkilərindən iki il əvvəl prezident Co Baydenin siyasətinə təsir göstərməyə imkan verəcək. Onlar abort hüququ kimi prezidentin təşəbbüslərinin qarşısını ala, həmçinin onun administrasiyası və ailəsi ilə bağlı araşdırma apara biləcəklər.
Aralıq seçkilərlə bağlı ilk şərhində Bayden seçkinin nəticəsindən asılı olmayaraq Konqresdə respublikaçılarla işləməyə hazır olduğunu bildirib. Onun fikrincə, Amerika xalqı “açıq şəkildə bildirdi ki, onlar respublikaçıların mənimlə işləməyə hazır olmasını gözləyirlər”.
"Reuters" yazır ki, çoxluq partiyası aralıq seçkiləri tarixən uduzur. Lakin bu dəfə demokratlar respublikaçıların gözlədiyi dağıdıcı məğlubiyyətdən qaça bildilər.
Hazırda ABŞ Konqresinin hər iki palatası Demokratlar Partiyasının nəzarətindədir. Nümayəndələr Palatasında demokratların 222 konqresmen var idi. Senatda isə demokratlar və respublikaçılar bərabərhüquqlu idi - hər biri 50 nümayəndə ilə təmsil olunurdu, lakin ölkənin vitse-prezidenti Kamala Harrisin həlledici səsi sayəsində demokratlar üstünlüyə malik idilər.
Səxavət
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)