Nida Xəbər
Tokayev Moskva və İrəvana mesaj verdi: Ərazi bütövlüyü məsələsi...
Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və bu prinsipə prioritet diqqət yetirəcək.
Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin sammitində bildirib.
“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, həmçinin BMT Nizamnaməsinə ciddi əməl etməyi zəruri hesab edir”, - deyə cənab Tokayev qeyd edib.
Sentyabrın 26-da Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, ölkə hakimiyyəti Donbasın, eləcə də Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi məsələsində ölkələrin ərazi bütövlüyü prinsipindən çıxış edir. Sentyabrın 30-da Vladimir Putin bu ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi haqqında fərman imzalayıb.
Bundan əvvəl cənab Tokayev bildirmişdi ki, Qazaxıstan “DXR” və “LXR” kvazidövlət qurumlarını tanımayacaq. Onun sözlərinə görə, Qazaxıstan müasir dünya sərhədlərinin sabitliyə zəmanət verdiyinə inanır. Oktyabrın əvvəlində Qazaxıstan BMT Baş Assambleyasının “Donetsk və Luqansk xalq respublikaları”nın, habelə Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumları pisləyən qətnaməyə səsvermədə bitərəf qalıb.
Türk Dövlətləri Təşkilatının sammiti bu gün, noyabrın 11-də Səmərqənddə keçirilir. Təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir.
Səxavət
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)




















.jpg)
.jpg)

