Nida Xəbər
ABŞ kəşfiyyatının keçmiş agenti Rusiya pasportu aldı
ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden Rusiya pasportu alıb və and içib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Anatoli Kuçeren məlumat verib.
O əlavə edib ki, onun həyat yoldaşı da Rusiya pasportu üçün müraciət etməyə hazırlaşır. Vəkil onu bir gün əvvəl gördüyünü də qeyd edərək, Snoudenə hər şeyin qaydasında olduğunu deyib.
Snouden Rusiya vətəndaşlığını bu ilin sentyabrında qəbul edib. O, bu yolla ailəsinin sabitlik əldə etdiyini bildirib.
ABŞ Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsində işləyən Edvard Snouden 2013-cü ildə "The Guardian" və "The Washington Post" qəzetlərinin jurnalistlərinə ABŞ xüsusi xidmət orqanlarının ABŞ və digər ölkələrin vətəndaşlarını izləməsi proqramı ilə bağlı gizli sənədləri təhvil verdikdən sonra beynəlxalq qalmaqalın mərkəzinə düşüb. Bundan sonra o, ABŞ-dan qaçıb və eyni zamanda onlarla ölkədən, o cümlədən Rusiyadan siyasi sığınacaq istəyib. Snouden sonda Rusiyada qalmaq üçün icazə alıb.
Səxavət
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
































.jpg)
.jpg)

