Nida Xəbər
Hərbçiləri daşıyan maşın qəza törətdi: 16 nəfər həlak oldu
Qondarma "Donetsk xalq respublikası"nın Şaxtyorsk rayonunda yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 16 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidmətindən məlumat verilib.
“Şaxtyorsk-Torez avtomobil yolunda hərbçiləri daşıyan yük avtomobili mikroavtobusla toqquşub. 16 nəfər həlak olub, üç zərərçəkən xəstəxanaya yerləşdirilib”, - agentliyin həmsöhbəti bildirib.
O, ölənlər arasında yük maşınının sürücüsünün də olduğunu bildirib.
Qeyd olunur ki, Operativ xidmətlərin əməkdaşları hadisə yerində işləyir, qəzanın baş vermə səbəbləri araşdırılır. Təcili yardım xidməti, həmçinin bildirib ki, xəsarət alanlar reanimasiyadadır.
"Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır, onlar hərbçilərdir və reanimasiyadadırlar", - deyə mənbə bildirib.
Regionun Səhiyyə Nazirliyi xəsarət alanların sayının 6-ya yüksəldiyini bildirib.
"Üç zərərçəkən qəzadan sonra Torez mərkəzi şəhər xəstəxanasına, üçü isə Şaxtyorska gətirilib", - "DXR" Səhiyyə Nazirliyi bildirib.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)