Nida Xəbər
"Yerli icra hakimiyyətləri sistemi zamanın tələblərinə cavab vermir" - Politoloq
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra mühüm məsələlərə toxunub. Regional eləcə də beynəlxalq vəziyyətlə bağlı fikirlərini bölüşüb. Bu məqamda qeyd etməliyik ki, yeni idarəetmə modeli fikirləri də xüsusi diqqət çəkir. Ölkə başçısı bildirib ki, Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən də idarəetmə mexanizmi. İndi Azərbaycan yeni idarəetmə modeli üzərində işləyir.
Publika.az-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, yeni idarəetmə sistemi fərqli xüsusiyyətləri ilə bir sıra mühüm məsələləri özündə əks etdirəcək. O, deyib ki, yeni idarəetmə modeli və digər islahatların təməli Qarabağda atılır.
![]()
"İkinci Qarabağ müharibəsindən sonra Şuşada, Zəngilanda xüsusi nümayəndələrin təyin olunmasının ardınca Naxçıvan Muxtar Respublikasında da xüsusi nümayəndəlik insititunun bu ərazidə təyinatı gerçəkləşdi. Qeyd etməliyik ki, bu insituta dövlət tərəfindən böyük rəğbət var. Yaxşı nəticələr görülür. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu təyinatların başlanması heç də təsadüfi deyil. Çünki bizim qarşımızda bu gün yeni Azərbaycan, qalib Azərbaycan dövləti məğrur Azərbaycan vətəndaşları dayanıb. Qarşıdakı problemləri həll etmək üçün yeni idarəcilik sisteminə ehtiyac var".
İ. Hüseynovun sözlərinə görə, vətəndaşlarla komminikasiyanın çağdaş tələblərə uyğun həyata keçirilməsi, informasiya texnologiyalarından vətəndaş müraciəti zamanı geniş istifadə olunması, süni intellekt əsasında idarəçilik modelinə keçid çox önəmlidir.
"Xüsusilə biz pandemiya dövründə gördük ki, texnologiyalar həm də həyatımızda mühüm əhəmiyyətə malikdir və bu prossesi dünya standartlarına uyğunlaşdırmaq lazımdır", - deyə o bildirib.
Politoloq hesab edir ki, yerli icra hakimiyyətləri sistemi köhnəlib və zamanın tələblərinə cavab vermir. Bu halda yeni idarəçilik modelini tətbiq etmək zərurətə çevrilib: "Bununla yanaşı ötən dövrdə bir sıra problemlər müşahidə olunur. Rüşvətxorluq və korrupsiya ilə bağlı bir çox yerli icra başçıları həps olundu və əmlakları müsadirə edildi. Digər icra başçıları üçün bu prosses bir siqnaldır. Bu gün cənab prezident İlham Əliyevin dərinləşdirilmiş struktur və kadr islahatları davam etdirilir. Bu xüsusda həm də yeni təyinatlar məhz elə yeni idarəetmə sisteminə uyğun görünməkdədir. Burada idarəçilik insitutu özünü qabarıq şəkildə göstərir. Çağdaş dövrümüzün tələblərinə uyğun intillektli və komminikasiya qurmağı bacaran, özünü vətəndaşlardan kənarda saxlamayan, eləcə də verilən tapşırıqları operativ yerinə yetirməyi bacaran idarəçilərə böyük ehtiyac var".
İ. Hüseynov bildirib ki, Qarabağ və Zəngəzurda yaradılan idarəçilik modeli digər bölgələrə də yayılacaq. Onun fikrincə dövlət büdcəsini xərcləmək, datasiyalar əsasında fəaliyyət göstərmək, habelə bölgəyə investisiya cəlb etməmək, bölgənin vətəndaşlarına yeni iş yerlərinin yaradılmasını düşünməmək bu gün zamanın tələblərindən kənar bir davranışdır. Şübhəsiz ki, bu tendensiya davam etdirilməlidir.
Ayşən Rəhim
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



