Nida Xəbər
Hərbçilərimiz "AKINCI" idarəetmə kursunu bitirdilər - FOTO
Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində “Baykar” Müdafiə Sənayesi Şirkəti tərəfindən təşkil edilən “AKINCI” silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Mərasimdə “Baykar” şirkətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kursun rəhbər və müəllim heyəti, eləcə də Azərbaycanın Türkiyədəki səfirliyinin Hərbi attaşelik aparatının əməkdaşları iştirak ediblər.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məzunlar çıxışlarında mərkəzdə yaradılmış hərtərəfli şəraitdən danışaraq, onların yüksək səviyyəli kadr kimi yetişməsində böyük rolu olan kursun rəhbər və müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycan Respublikasının müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda kursu bitirən türkiyəli və azərbaycanlı məzunlarla sertifikatlar təqdim edilib.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

