Nida Xəbər
Sahibə Qafarova Şamil Ayrımla görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova fevralın 2-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə iki qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafı qeyd edilərək, vurğulanıb ki, bu gün dünya miqyasında bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur. Spiker Sahibə Qafarova xüsusilə Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin əməkdaşlığımızın durmadan genişlənməsində mühüm rolunu diqqətə çatdırıb. O, əminliyini ifadə edib ki, qardaşlıq və dostluq münasibətlərimiz bundan sonra da uğurlu inkişafını davam etdirəcək.
Milli Məclisin sədri, parlamentlərimiz arasında əlaqələrin də dostluq və qardaşlıq münasibətlərimizin ruhuna uyğun inkişaf etdiyini qeyd edib. Bildirib ki, qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. O, deputatlarımızın beynəlxalq platformalardan da uğurlu istifadə edərək, bir-birimizin mövqeyinə ardıcıl dəstək göstərdiyini diqqətə çatdırıb. Görüşdə qanunverici orqanlarımız arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə də fikirlər səsləndirilib.
Milli Məclisin sədri həmçinin, hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və quruculuq işləri haqqında da məlumat verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)