Nida Xəbər
Milli Məclisin sədri Məhəmməd Adil Embarşla görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb.
Publika.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və siyasi sahədə yaxşı əlaqələr mövcuddur. Azərbaycanla Mərakeş beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Mərakeş Azərbaycanın beynəlxalq səviyyədə, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərini hər zaman dəstəkləyib.
Görüşdə münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin rolu vurğulanaraq, bildirilib ki, bu səfərlər təkcə dövlətlərimiz arasında deyil, insanlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verə bilər. Xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.
O cümlədən, qeyd olunub ki, deputatlar arasında təmasların, qarşılıqlı səfərlərin artırılması parlamentlərimiz arasında daha geniş əlaqələrin yaradılmasına imkan verə bilər. Həmçinin, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığı, onların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, parlamentarilərimizin birgə işləyə biləcəyi islamofobiyaya, beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlara qarşı birgə mübarizə və bu kimi digər mövzular çoxdur.
Milli Məclisin sədri Sahibə Qafarova Mərakeşin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı, o cümlədən, bu platformanın Madriddə keçirilən təsis, Bakıda keçirilən Birinci konfransında təmsil olunmasını yüksək qiymətləndirərək Parlament Şəbəkəsinin institusional inkişafı, qarşıda duran vəzifələr barədə danışıb.
Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, ərazi bütövlüyümüzün bərpa olunması, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib, Azərbaycan və Mərakeşin ərazi bütövlüyü məsələsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
-
Region18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
-
Sosial16:04Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi
-
Sosial15:37Pensiyalarla bağlı yeni TƏKLİF
-
Sosial15:12Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan edilir











.jpg)



























