Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurulacaq: Paralel olaraq...
Bizi izləyin

Nida Xəbər

Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurulacaq: Paralel olaraq...

“Qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsindən sonra regionda sülh stabilliyi üçün format formallaşdırıldı. Bu, müharibənin bitməsi ilə imzalanan 3 tərəfli razılaşma idi və bu razılaşmaya görə, tərəflərin öhdəlik və məsuliyyətləri mövcuddur. Öhdəliklərdən biri də, birbaşa Laçın dəhlizini əhatə edən bütövlükdə regionun təhlükəsizliyi üçün vacib olan 4-cü bənd idi. Bu bənd özlüyündə bir neçə elementi birləşdirirdi. Bunlardan biri də Qarabağda terrorçuların çıxarılması məsələsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Politoloq bildirib ki, həmin dönəmdə Qarabağdan terrorçuların çıxarılması ilə paralel olaraq rus sülhməramlıları yerləşdirilməli idi:

“Prosses başlayanda artıq rus sülhməramlıları onların çıxamsaını gözləmədən müxtəlif bəhanələrlə bir gecədə ərazilərimizə yerləşdilər. Sonrakı mərhələlərdə də müşahidə etdik ki, süllhməramlılar regionda sülh və stabilliyə nəzarət etmək imkanlarından istifadə etmədilər. Xəritələrimizi saxtlaşdıraraq, ərailərimizin adlarını öz rəsmi saytlarında təhrif olunmuş və dəyişdirilmiş şəkildə yerləşdirdilər. Biz bir neçə epizodda sülhməramlıların erməni yaraqlıları ilə təmaslarını gördük, ermənilərin onların “masasının” başında əyləşdiklərinin şahidi olduq.Nəticədə bu situasiya haqlı olaraq Azərbaycanın qıcığına səbəb oldu”.

Y.Hacıyevanın sözlərinə görə, Azərbaycan dəfələrlə müxtəlif üsullarla etiraz etməsinə baxmayaraq, sülhməramlılar nəticə çıxarmayıb:

“Ermənistan tərəfi müharibədən sonra silahlanmağa başlayıb və əlavə yollarla silah-sursat daşıyırlar. Təbii ki, bu məqsədyönlü davranışlarla müəyyən prosseslərə özlərini hazırlayırlar. Bu, rus sülhməramlıların gözləri qarşısında baş verir. Resursların talan olunması mövzusunda da, məhz sülhməramlıların və rusiyalı iş adamının adı keçir, regionda talanmanın daxilində də, Rusiyaya bağlı qüvvələrin iştirakını görürük. Burada Laçın dəhlizindən istifadə edilir. Ona görə də, Laçın dəhlizinin təhlükəsizliyi və şəffaflığını təmin etmək Azərbaycanın birinci legitim haqqıdır. Azərbaycan hər zaman bildirib ki, dəhlizdəki vəziyyət ürəkaçan deyil və mütləq şəkildə bu istiqamətdə yollar axtarmaq nəzarət-buraxılış məntəqələri qurmaq lazımdır”.

Politoloq hesab edir ki, Laçın dəhlizi istiqamətində təhlükəsizliyi təmin etmək üçün Azərbaycanın nəzarət-buraxılış məntəqələrini qurması zərurudir. Hər hansı tərəflərin buna etiraz etməsi zərurəti dəyişmir:

“Ermənistan və rus sülhməramlıları bu tələbi xoş qarşılamırlar. Amma bu o demək deyil ki, prosses onlar istəmədiyi üçün baş verməyəcək. Azərbaycanın haqqı var ki, öz ərazilərinin təhlükəsizliyini və şəffaflığını təmin etsin. Laçın dəhlizində nəzarət-buraxılış məntələri qurulacaq və o mərhələyə gedilir. Paralel olaraq bunu yolun kommersiya imkanlarına görə açılması ilə bağlı çağırış edən tərəflər də qeyd edir. Onlar bildirirlər ki, yol kommersiya imkanlarına görə də açıq olmalıdır. Belə olan halda, öncə təhlükəsizlik və şəffaflıq təmin edilməlidir. Bu istiqamətdə Azərbaycanın atacağı ciddi addımlar var və bunlar həyata keçiriləcək. Digər bir məqam isə bundan ibarətdir ki, Rusiya və Ermənistan buna narazı olsa da, Azərbaycanın öz ərazisində nəyi necə və harada qurlaşdıracağı onun legitim haqqıdır. Bu məqamda heç kimin bizə etiraz etməyə haqqı yoxdur”.

Y.Hacıyeva qeyd edib ki, 3 tərəfli razılaşmanın bəndləri hamılıqla yerinə yetirilirsə, bəndlərə istinad olunur. Əks təqdirdə Ermənistan razılaşmanın 9-cu bəndini, Rusiya isə 4-cü bəndini yerinə yetirmirsə, bu, sənədin hüquqi əhəmiyyətinin azalması deməkdir:

“Bəs belə olan halda niyə tək bizim tərəfimizdən əməl olunmalıdır? Dəfələrlə bildirmişik ki, təhlükəsizliyin təmin olunması məqsədi ilə sərhəd-buraxılış məntəqələri qurulacaq və nəzarət ediləcək. Bu, həm də regionda təhlükəsizlik üçün atılan addımdır”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm