ABŞ
Nyu-Yorkda ilk dəfə bu infeksiyaya yoluxma qeydə alındı
ABŞ-nin Nyu-York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ştatın Səhiyyə Departamenti məlumat yayıb.
Virus Nyu-York ştatının Hempsted şəhərindən olan 60 yaşlı qadında sentyabr ayında aşkarlanıb. Qadın son zamanlar ölkə xaricinə səyahət etməyib.
Ekspertlər qadının necə yoluxa biləcəyi barədə fərqli fikirlər irəli sürüblər. Virus daşıyıcısı olan ağcaqanadın təyyarə və ya turistlərin baqajı ilə ABŞ-yə daxil ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusu xüsusilə Çində sürətlə yayılmağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu il bir sıra ölkələrdə çikunqunya xəstəliyinin yeni dalğasının müşahidə edildiyini bildirib.
-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)


























.png)

.jpg)





