Nida Xəbər
Tehran bu yolla Bakıdan “əvəz” çıxdı
İran tərəfindən Azərbaycanın 4 diplomatına qarşı belə bir hərəkətin olacağı gözlənilən idi. Öz diplomatlarının Azərbaycandan çıxarılmasına cavab vermək istəyən İran bu cür addım atdı.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli tanınmış siyasətçi, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin İranın 4 diplomatımızı arzuolunmaz şəxs elan etməsini şərh edərkən deyib.
Ölkə parlamentində qarşılıqlı addım prinsipi ilə bağlı tələblərin olduğunu deyən Bilgin Tehranın çoxdan gözlədiyi fürsəti dəyərləndirdiyini qeyd edib:
“İran Azərbaycanla bağlı mənfi münasibətləri nə olursa olsun gündəmdə tutmağa çalışır. Son bir aya nəzər salsaq görərik ki, İranın yüksək səviyyəli şəxslərindən İran ordusunun Quru Qoşunlarının Komandanı Kiyumərs Heydəri, XİN sözçüsü Nasir Kənani, SEPAH-ın komandiri İsmayıl Qaani Azərbaycana qarşı sözdə hücuma keçiblər. Üçünün də danışıqlarına baxsaq, görərik ki, İranın strateji hədəfləri birbaşa Ermənistanı dəstəkləmək və Azərbaycana hücumları taktiki olaraq gündəmdə saxlamaqdır. Atdıqları son addım da eyni siyasətdən qaynaqlanır”.
Mahmud Bilgin bildirib ki, İranın diplomatlarımızla bağlı addımın Bakıdan fərqli olaraq heç bir əsası yox idi:
“Azərbaycanın İranın 4 diplomatını aprelin 6-da ölkədən çıxartmasının əsaslı səbəbləri var idi. Səfirliyin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi. Onların Azərbaycan daxilində terror qüvvələri ilə əlaqələri var idi. Amma İrandakı Azərbaycan diplomatları tam mədəni, sivil və qanun çərçivəsində fəaliyyət göstərirdilər. İran yenə də öz mənfi siyasətini ortaya qoydu və yersiz qarşılılıq prinsipini bəhanə gətirərək bu addımı atdı. Ümumiyyətlə, son hadisələri də təhlil etsək, görərik ki, İranın Azərbaycana şovinist siyasətində heç bir dəyişiklik yoxdur”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)