Nida Xəbər
Ceyhun Bayramov Litva lideri ilə görüşdü - FOTO
Mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litvanın Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, ikitərəfli görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub.
İkitərəfli görüş daha sonra Prezidentin xarici siyasət baş müşaviri Asta Skaisgirite ilə geniş tərkində davam etdirilib.
C.Bayramov iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, təhsil, humanitar və s. sahələr üzrə səmərəli ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcud olduğunu, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun mühüm rol oynadığını qeyd edib.
Avropa İttifaqı (Aİ) çərçivəsində Litvanın kommunikasiyalar sahəsində həyata keçirilən layihələrə dəstək göstərdiyini qeyd edən nazir baş verən geosiyasi dəyişikliklər fonunda Xəzər regionunun, o cümlədən Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını diqqətə çatdırıb. Bu kontekstdə, Azərbaycanın regionda bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində səylərinin Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından faydalı olacağına dair inam ifadə edilib.
Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər, mövcud çağırışlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov xüsusilə aparılan yenidənqurma işləri və mina təhdidi ilə mübarizədə birgə əməkdaşlığın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb.
Litva tərəfi Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Aİ-nin Şərq Tərəfdaşlığı proqramının əməkdaşlığın inkişafı üçün mühüm platforma rolu oynadığı, xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş qismində çıxış etdiyi məmnunluqla xatırlanıb. Regionda sülh quruculuğu səylərinin təqdirəlayiq olduğunu bildirən Litva tərəfi, mövcud normallaşma prosesinə sadiqliyin vacibliyini qeyd edib və Litvanın bu səylərə dəstək verdiyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi











.jpg)























.jpg)

.jpg)